Türkiyənin "Əskişəhərspor" klubu ağır cəzalandırılıb.
Corner.az yerli mətbuata istinadən xəbər verir ki, keçmiş futbolçusu Rud Boffinə olan borcunu ödəyə bilmədiyi üçün birinci liqa təmsilçisinin hesabından 6 xal silinib və transfer qadağası qoyulub. Əskişəhəri təmsilçisi qarşıdakı 2 "transfer pəncərəsi" dövründə heyətinə yeni futbolçular cəlb edə bilməyəcək.
Məlumatda bildirilib ki, belçikalı qapıçıya borc qarşılığında 75 000 avro dəyərində ev və 24 ay müddətinə hissə-hissə ödəmək şərtilə 100 000 avro təklif olunsa da, 33 yaşlı qolkiper bundan imtina edib.
Qeyd edək ki, Rud Boffin 2012-2017 mövsümündə "Əskişəhərspor"un formasını geyinib.