21 iyun 2026. Bazar günü

Beşiktaş'ın legionerləri Türkiyəni tərk etdilər


Beşiktaş'ın legionerləri Türkiyəni tərk etdilər

 "Beşiktaş"ın futbolçuları Cermeyn Lens və Kevin-Prins Boatenq komandadan ayrılıblar.

Corner.az-ın "NTV Spor"a istinadən məlumatına görə, rəhbərlikdən icazə alan hər iki futbolçu ölkələrinə yollanıblar.

Hər iki legioner ailələri ilə birlikdə İstanbulu xüsusi təyyarə ilə tərk ediblər.

Onların Superliqanın startı ərəfəsində "Beşiktaş"ın düşərgəsinə qatılacaqları bildirilib.

Qeyd edək ki, Türkiyə çempionatının oyunları martın 19-da koronavirus pandemiyasına görə dayandırılıb.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı