14 avqust 2026. Cümə

Beşiktaş Avcıya olan ödənişləri dayandırdı


Beşiktaş Avcıya olan ödənişləri dayandırdı

"Beşiktaş" klubu təzminat verdiyi sabiq baş məşqçisi Abdullah Avcının ödəmələrini dondurub. 

Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi çempionat dayandırıldığı üçün bu addımı atıb. 

"Qara qartallar" 57 yaşlı mütəxəssisə ödənişin Superliqa başladıqdan sonra həyata keçiriləcəyini bildirib. 

Hazırda Avcı menecerlər vasitəsi ilə Çili təmsilçisi "Kolo Kolo" ilə danışıqlar aparır. O həmçinin millimizə rəhbərlik etməyə əsas namizədlərdən sayılır. Təcrübəli mütəxəssis hər hansı komanda ilə razılığa gəlsə, "Beşiktaş"ın ona ödənişləri tamamilə dayandırılacaq. 

Qeyd edək ki, Abdullah Avcı "Beşiktaş"ı yanvarın 24-də tərk edib. 








Türkiyə S.L.

“Trabzonspor”un borcu açıqlandı
  • Türkiyə S.L.
  • 21:47 10.08.2026
“Trabzonspor”un borcu açıqlandı