11 may 2026. Bazar ertəsi

Qalatasaray'ın futbolçusunun nənəsi koronavirusdan öldü


Qalatasaray'ın futbolçusunun nənəsi koronavirusdan öldü

"Qalatasaray" klubunun futbolçusu Rayan Donkun nənəsi dünyasını dəyişib. 

Corner.az xəbər verir ki, bu barədə hollandiyalı futbolçu şəxsi "Instagram" hesabından paylaşıb.34 yaşlı futbolçu onun koronavirusdan vəfat etdiyini bildirib. 

Donk hadisəyə görə kədərləndiyini bildirib: "Möhtəşəm bir nənəmiz var idi. Bu qorxunç xəstəlik onu bizdən çox tez ayırdı, amma bizi hər zaman görəcəyini bilirəm. Cismən yanımızda olmasa da, sonsuza qədər qəlbimizdə yaşayacaq. Səninlə hər zaman fəxr edəcəyik”.

İstanbul təmsilçisinin oyunçuları Rayan Donka başsağlığı veriblər.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi