- Türkiyə S.L.
- 23:36 23.11.2024
"Çinlilər nə gəldi yeyirlər. Çox maraqlı yeməkləri var".
Corner.az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin və "Beşiktaş"ın futbolçusu Burak Yılmaz şəxsi "İnstagram" hesabından paylaşıb.
2016/2017 mövsümündə Çinin "Beytszin Qoan" klubunda çıxış etmiş 35 yaşlı hücumçu koronavirusun ortaya çıxmasında sözügedən ölkəni günahlandırıb: "Çində oynayarkən maraq üçün bazara getdim. Açığı, şoka düşdüm. Ramazan bayramı olduğu üçün onlardan danışmaq istəmirəm. Çox qəribə şeylər yeyirlər. Belə bir mühitdə xəstəliyin ortaya çıxması normaldır. Ümumiyyətlə, xəstəliklərin çoxu Çindən yayılır".
Burak Yılmaz Çində hələ çox xəstəliklərin üzə çıxacağını söyləyib: "Xüsusi restoranlar var. Orada elə yeməklər verirlər ki, it əti ondan yaxşıdır. Çinlilər də belə xalqdır. Bu, onların mədəniyyətidir. Orada oynayanda xüsusi aşpazım, tərcüməçim, məşqçim və sürücüm var idi".
Təcrübəli hücumçu ölkənin müsbət tərəflərindən də söz açıb: "Futbol və iqtisadiyyat baxımından inkişafa açıq ölkədir. Hər şeyi öyrənmək istəyir, futbolu çox sevirlər. Hər oyunumuza 60 min azarkeş gəlirdi. Amma Çini bir türkün yaşaya biləcəyi ölkə olaraq görmürəm".
Qeyd edək ki, Burak Yılmaz karyerası ərzində Türkiyədə "Fənərbaxça", "Trabzonspor" və "Qalatasaray"da çıxış edib.