21 iyun 2026. Bazar günü

Beşiktaş millinin üzvü ilə razılaşdı


Beşiktaş millinin üzvü ilə razılaşdı
“Beşiktaş” Bolqarıstanın ÇSKA-sının futbolçusu Edvin Qyasini transfer etməyə hazırlaşır.
 
Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sofiya təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 28 yaşlı hücumçu Beşiktaşa keçəcək.
 
"Ghana Soccer" nəşri isə qanalı futbolçunun İstanbul klubu ilə 2 illik razılaşdığını yazıb.
 
Qeyd edək ki, qanalı futbolçu 2018-ci ildə Norveçin "Olesund" klubundan ÇSKA-ya keçib. O, ötən il icarə əsasında MLS təmsilçisi "Dallas"da oynayıb..






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı