21 iyun 2026. Bazar günü

Burak Yılmaz Çin xalqından üzr istədi


Burak Yılmaz Çin xalqından üzr istədi

Türkiyə millisinin və "Beşiktaş"ın futbolçusu Burak Yılmaz Çin xalqından üzr istəyib. 

Corner.az-ın məlumatına görə, 35 yaşlı hücumçu sosial şəbəkədə bir neçə gün öncə verdiyi açıqlamaya görə üzrxahlıq edib. 

Təcrübəli futbolçu iki ilədək çıxış etdiyi Çində çox yaxşı münasibət gördüyünü bildirib: "Yedikləri yeməklərin mədəniyyətlərindən gələn vərdiş olduğunu, bunun onlar üçün normal qəbul edildiyini söylədim. Bu səbəbdən də digər ölkələrə nisbətən xəstəliyin yaranma ehtimalını dedim. İstəmədən də olsa, qəlblərini qırdığım üçün Çin xalqından, dostlarımdan üzr istəyirəm". 

Qeyd edək ki, Burak Yılmaz 2016/2017 mövsümündə Çinin "Beytszin Qoan" klubunda çıxış edib. 







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı