6 may 2026. Çərşənbə

Rebrov Fənərbaxça'nı çalışdıra bilər


Rebrov Fənərbaxça'nı çalışdıra bilər

Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Sergey Rebrov  "Fənərbaxça" klubuna rəhbərlik edə bilər.

Corner.az-ın "Fotospor"a istinadən məlumatına görə, klub prezidenti Ali Koç agentlərə 45 yaşlı mütəxəssisin namizədliyini ciddi nəzərdən keçirməyi tapşırıb.

Qeyd edək ki, Rebrov müqavilə üzrə "Tottenhem"ə məxsus hücumçu kimi 2002 - 2004-cü illərdə icarə əsasında "Fənərbaxça"nın formasını geyinib və 38 matçda 4 qolun müəllifi olub. Ukraynalı sabiq futbolçu "Ferentsvaroş"a 2018-ci ildən rəhbərlik edir.(report)







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi