20 sentyabr 2026. Bazar günü

Superliqanın bərpa tarixi açıqlandı


Superliqanın bərpa tarixi açıqlandı

Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqasının bərpa tarixi müəyyənləşib.

Corner.az-ın məlumatına görə, oyunların başlayacağı vaxtı "A Spor" telekanalının müxbiri Turqay Demir canlı yayımda açıqlayıb.

O bildirib ki, çempionat matçları iyunun 12-dən etibarən start götürəcək və normal təqvimlə keçiriləcək.

Telejurnalistin sözlərinə görə, Superliqanın bərpası mümkün olmasa, mövsüm ləğv olunacaq.

Rəsmi qərarı az sonra Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir mətbuat konfransında açıqlayacaq.

T.Demir II və III liqalarda isə mövsümün vaxtından əvvəl başa çatdırılacağını açıqlayıb.(report)







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə