17 mart 2026. Çərşənbə axşamı

Muslera'nın son durumu açıqlandı


Muslera'nın son durumu açıqlandı

Superliqanın 27-ci turunda "Rizəspor"la görüşdə (0:2) ağır zədə alan "Qalatasaray"ın qapıçısı Fernando Musleranın son durumu açıqlanıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uruqvaylı qolkiperin həm böyük, həm də kiçik baldır sümüyündə qırıq aşkarlanıb. Onun əməliyyat olunacağı bildirilib.


Mövsümü baş vuran təcrübəli qapıçının 6-8 ay meydana çıxa bilməyəcəyi ehtimal olunur.

Xatırladaq ki, "Qalatasaray"ın aparıcı üzvlərindən olan Muslera "Rizəspor"la görüşün 15-ci dəqiqəsində rəqib hücumçusu Milan Şkoda ilə toqquşma nəticəsində zədələnmiş və dərhal xəstəxanaya aparılmışdı.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu