20 sentyabr 2026. Bazar günü

Qalatasaray onunla yollarını ayırdı


Qalatasaray onunla yollarını ayırdı

 "Qalatasaray" klubundan ayrılan ilk futbolçunun kimliyi müəyyənləşib.

Corner.az-ın məlumatına görə, rumıniyalı hücumçu Florin Andone İstanbul təmsilçisi ilə vidalaşıb.

Bununla bağlı o, şəxsi "Instagram" hesabında paylaşım edib.

"Sarı-qırmızılılar"da istədiyi oyunu göstərə bilməməsindən təəssüflənən 27 yaşlı futbolçu kluba və azarkeşlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, ötən həftə Türkiyə Superliqasının 28-ci turunun "Rizəspor"la oyununda (0:2) dizindən zədə alan Florin Andone üçün cari mövsüm vaxtından əvvəl başa çatıb. "Qalatasaray"ın heyətində 12 oyunda meydana çıxan futbolçu cəmi 2 qol vurub. 







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə