4 noyabr 2026. Çərşənbə

Yılmaz Vural koronavirusa yoluxdu


Yılmaz Vural koronavirusa yoluxdu

Türkiyənin "Akhisarspor" klubunun baş məşqçisi Yılmaz Vuralda koronavirus aşkarlanıb.

Corner.az-ın klubun saytına istinadən məlumatına görə, 67 yaşlı mütəxəssislə yanaşı, komandanın daha 10 üzvü infeksiyaya yoluxub.

Onlardan 3-ü futbolçudur.

Qeyd edək ki, pandemiya səbəbindən yarımçıq dayandırılan Türkiyə I liqası bu gün bərpa olunacaq.







Türkiyə S.L.