24 noyabr 2024. Bazar günü

Fatih Terimi özündən çıxaran hadisə


Fatih Terimi özündən çıxaran hadisə

Türkiyə Super Liqasında 28-ci turun "Qalatasaray" - "Qaziantep" matçının sonlarında maraqlı hadisə yaşanıb.  

Corner.az-ın məlumatına görə, İstanbul təmsilçisinin qapıçısı Okan Koçuk topu uzun müddət - 6 saniyədən çox əlində saxladığı üçün baş hakim Alper Ulusoy sərbəst zərbə təyin edib. "Qaziantep" bundan sonra penalti qazanıb və qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. 

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim qərarla bağlı bunları söyləyib: "Bu qaydaya görə sonuncu dəfə nə vaxt sərbəst zərbə təyin edilib, bilmirəm. Maraqlıdır! Top qapıçımızın əlindədir, futbolçu onun üzərinə gəlir və narahat edir. VAR hakimi Cüneyt Çakır da oyunu içəridən izləyir. Artıq elə bir vəziyyətə gəlmişik ki, klubun açıqlama verərək hadisəni qınamasının da mənası yoxdur".

"BeIN Sports" kanalının hesablamasına əsasən, "Qalatasaray"ın qapıçısı Okan Koçuk təxminən 18 saniyə topu özündə saxlayıb.

Qeyd edək ki, 6 saniyə qaydası 1998-ci ildə FIFA tərəfindən qəbul edilib. Məqsəd qapıçıların topu əllərində saxlayaraq vaxt keçirməsinin qarşısını almaqdır. Qolkiper 6 saniyə ərzində topu oyuna daxil etməsə, sərbəst zərbə təyin edilir.(report)







Türkiyə S.L.

Babel karyerasını başa vurdu
  • Türkiyə S.L.
  • 22:50 09.11.2024
Babel karyerasını başa vurdu
"Trabzonspor" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 22:16 09.11.2024
"Trabzonspor" səfərdə uduzdu
Super Liqa klubunda yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 22:08 06.11.2024
Super Liqa klubunda yeni baş məşqçi
"Beşiktaş" yenə uduzdu
  • Türkiyə S.L.
  • 23:06 02.11.2024
"Beşiktaş" yenə uduzdu