5 dekabr 2025. Cümə

Türkiyə futbolunda rəzalət - FOTO+VİDEO


Türkiyə futbolunda rəzalət - FOTO+VİDEO

Türkiyə Super Liqasının 28-ci turunda dünən keçirilən "Alanyaspor” – "Trabzonspor” matçından (2:2) sonra qalmaqal yaşanıb.

Corner.az xəbər verir ki,  belə ki, "Trabzonspor”un çempionluq yolunda vacib iki xal itirdiyi görüşün son dəqiqələrində meydan sahibləri hesabı bərabərləşdirdikdən sonra böyük sevinc yaşayıb. Görüşü tribunadan izləyən Trabzon təmsilçisinin rəhbərliyi isə qoldan sonra "Alanyaspor"un işçilərinə narazılıqlarını bildirib. Narazılığın böyüməsi nəticəsində tərəflər arasında tribunada dava olub.Polis və jandarma onları sakitləşdirməyə çalışıb.

    Bu zaman "Trabzonspor"un prezidenti Ahmet Ağaoğlu və ətrafındakılar meydana girərək rəqib     klubun işçilərinə hücum çəkib. Davanı polisin müdaxiləsiylə dayandırmaq mümkün olub.

   Qeyd edək ki, bu xal itkisindən sonra "Trabzonspor" liderliyə yüksələ bilməyib.(qol)








Türkiyə S.L.

İstanbul derbisində heç-heçə
  • Türkiyə S.L.
  • 23:11 01.12.2025
İstanbul derbisində heç-heçə
"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 22:57 30.11.2025
"Beşiktaş"dan inamlı qələbə