17 mart 2026. Çərşənbə axşamı

Qalatasaray Başakşəhər'lə matça itkilərlə çıxacaq


Qalatasaray Başakşəhər'lə matça itkilərlə çıxacaq

"Qalatasaray" Türkiyə Super Liqasında 29-cu turun "Başakşehir"lə matçına ciddi itkilərlə çıxacaq.

Corner.az "NTVSpor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim 7 futbolçunun xidmətindən yararlana bilməyəcək. 

Mövsümü başa vuran Fernando Muslera ilə yanaşı, Radamel Falkao, Florin Andone və Markao zədəlidir. Mariano, Adem Büyük və Ahmet Çalık isə cəzalı olduqları üçün görüşü buraxmalı olacaq. 

Qeyd edək ki, iyunun 28-də keçiriləcək "Başakşehir" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu