30 yanvar 2026. Cümə

Arda Turan Qalatasaraya qayıdır


Arda Turan Qalatasaraya qayıdır

 "Barselona" klubu ilə müqaviləsi başa çatan Arda Turan karyerasını Türkiyənin "Qalatasaray" klubunda davam etdirəcək.

Corner.az "A Spor"a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi az məbləğ qarşılığında İstanbul təmsilçisi ilə müqavilə imzalayacaq. Təcrübəli oyunçu karyerasını başa vurandan sonra baş məşqçi Fatih Terimin köməkçisi olacaq. 

Qeyd edək ki, Arda Turanın "Barselona" ilə sözləşməsi iyunun sonunda bitib. O, 2019/2020 mövsümündə icarə əsasında "Başakşehir"də oynayıb. Bu ilin əvvəlindən isə Arda Turanla müqaviləyə xitam verilib. 

Futbolçu 2000 - 2011-ci illərdə "Qalatasaray"ın şərəfini qoruyub.







Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu