6 avqust 2026. Cümə axşamı

Neftçi'nin sabiq futbolçusu baş məşqçi təyin edildi


Neftçi'nin sabiq futbolçusu baş məşqçi təyin edildi

“Neftçi”nin sabiq futbolçusu Levent Kartop "Denizlispor" klubunun baş məşqçisi təyin edilib.

Corner.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.

Qeyd edək ki, öncəki baş məşqçi Bülənt Uygunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

L.Kartopun qarşısına komandanı superliqada saxlamaq vəzifəsi qoyulub.

Əlavə edək ki, L.Kartop 2008-ci ildə "Neftçi"də oynayıb.







Türkiyə S.L.