20 sentyabr 2026. Bazar günü

Beşiktaş'ın futbolçusu üçün mövsüm bitdi


Beşiktaş'ın futbolçusu üçün mövsüm bitdi
"Beşiktaş”ın futbolçusu Mehmet Umut Nayir koronavirusa qalib gəlib.
 
Corner.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb:
 
“İyunun 24-də pozitiv çıxan koronavirus testim bu gün (dünən – red.) ilk dəfə neqativə keçib. “Keçmiş olsun” diləklərinizə görə hamınıza təşəkkürümü bildirirəm”.
 
Türkiyəli futbolçu tam sağalmasına baxmayaraq, mövsümün qalan hissəsində də meydana çıxmayacağını bəyan edib:
 
“Türkiyə Futbol Federasiyası tərəfindən hazırlanan tibbi protokollara əsasən, meydana dönməyim üçün 5 günlük fasilə ilə ardıcıl 3 analimizin nəticəsi neqativ çıxmalıdı. Bu isə o deməkdi ki, mövsümün qalan hissəsində komanda ilə meydanda ola bilməyəcəm






Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə