20 sentyabr 2026. Bazar günü

Superliqaya vəsiqə qazanan ikinci klub bilindi


Superliqaya vəsiqə qazanan ikinci klub bilindi
Türkiyə Super Liqasında 2020/21 mövsümündə mübarizə aparacaq daha bir komanda müəyyənləşib.
 
Corner.az xəbər verir ki, TFF 1-ci liqada çempion olan “Hatayspor”un ardından ikinci pilləni təmin edən “Erzurumspor” da elitaya vəsiqə qazanıb.
 
Bu, 34-cü turda “Ümraniyəspor” üzərindəki 4:1 hesablı qələbədən sonra rəsmiləşib. Lider “Hatayspor” mövsümü 66 xalla zirvədə bitiribsə, “Erzurumspor” 62 xalla ikinci olub. 
 
Sonrakı pillələrdə qərarlaşan “Adana Dəmirspor” (61), “Akhisarspor” (57), “Karagümrük” (56) və “Bursaspor” (56) isə elitaya sonuncu vəsiqə uğrunda pley-off qarşılaşmaları keçirəcək.
 
Yarımfinal cütləri belədi:
 
22 iyul
Bursaspor - Adana Dəmirspor
Karagümrük - Akhisarspor
 
26 iyul
Adana Dəmirspor – Bursaspor
Akhisarspor – Karagümrük
 
Xatırladaq ki, “Erzurumspor” cəmi bir il aradan sonra yenidən Super Liqaya qayıdıb.






Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə