- Türkiyə S.L.
- 23:36 23.11.2024
"Qalatasaray”ın kapitanı Səlçuk İnan futbolçu karyerasını başa vurub.
Corner.az-ın xəbərinə görə, bu haqda 35 yaşlı futbolçu özü dünən “Goztəpə”yə qarşı matçdan sonra təşkil olunan mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, Səlçuk İnan bundan sonra “Qalatasaray”ın məşqçilər korpusunda yer alacaq. Baş məşqçisi Fatih Terim mətbuat konfransında təsdiq edib ki, S.İnan onun köməkçisi olacaq.