26 aprel 2026. Bazar günü

Fatih Terimin Arda Turan israrı


Fatih Terimin Arda Turan israrı

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim  Arda Turanı komandaya yenidən gətirməkdə israrlıdır.

Corner.az  "Habertürk"ə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis ötən gün  növbəti mövsümə hazırlıqlar aparmaq məqsədilə keçirilən iclasda 33 yaşlı yarımmüdafiəçinin transfer məsələsini gündəmə gətirib. O, İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz və digər klub nümayəndələrinə türk oyunçunu növbəti mövsümdən "Qalatasaray"da görmək istədiyini və mövzuya yenidən baxılmasını tələb edib. Rəhbərlik Ardanın transfer məsələsini müzakirə edəcəyini bildirib.

Fatih Terim Arda Turanı qış transfer pəncərəsi dövründə komandaya qaytarmağı planlaşdırırdı. Lakin həmin vaxt bu transferi istəməyən azarkeşlərin çoxluğunu görən Mustafa Cengiz oyunçunun keçidinə müsbət yanaşmamışdı.

Qeyd edək ki, A.Turan 2004-2011-ci illərdən "Qalatasaray"ın formasını geyinib.(qol)







Türkiyə S.L.

Super Liqada ev sahiblərinin günü
  • Türkiyə S.L.
  • 23:13 25.04.2026
Super Liqada ev sahiblərinin günü
Onana 3 penalti zərbəsini dəf etdi
  • Türkiyə S.L.
  • 23:56 23.04.2026
Onana 3 penalti zərbəsini dəf etdi
"Beşiktaş" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 20:51 19.04.2026
"Beşiktaş" səfərdə uduzdu