26 aprel 2026. Bazar günü

Qurban Qurbanovu razılığa gətirə bilmədik


Qurban Qurbanovu razılığa gətirə bilmədik

Türkiyənin "Hatayspor" klubunun prezidenti Nihat Tazearslan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla danışıqları şərh edib.

"Onu razılığa gətirə bilmədik. Amma çox istəyirdik ki, yeni mövsüm Superliqaya Qurban Qurbanovun rəhbərliyi altında başlayaq. O, bizim üçün prioritet məşqçi idi. İndi biz başqa məşqçi axtaracağıq" - deyə klub prezidenti qeyd edib.


O, nəyə görə məhz Q.Qurbanova təklif göndərmələri barədə də danışıb: "Onun "Qarabağ"dakı uğurları diqqət çəkməyə bilməzdi.  O, Azərbaycanın ən yaxşı məşqçidir. Belə bir məşqçi ilə işləmək istərdik. Amma onun imtina qərarını hörmətlə qarşıladıq. Qurban Qurbanov işini öz klubunda davam etdirmək istədi".

Klub prezidenti həmçinin deyib ki, "Qarabağ"ın çıxışlarını izləməyə davam edəcək: "Qardaş Azərbaycanın komandalarının uğuru bizi sevindirir. Biz həmçinin məşqçini də izləməyə davam edəcəyik".

O, gələcəkdə Qurbanova yenidən təklif göndərəcəklərini mümkün sayıb: "Bizim qapımız həmişə onun üzünə açıqdır. İstisna etmirəm ki, biz gələcəkdə Qurban Qurbanovla işləyə biləcəyik"  (azerisport.com).







Türkiyə S.L.

Super Liqada ev sahiblərinin günü
  • Türkiyə S.L.
  • 23:13 25.04.2026
Super Liqada ev sahiblərinin günü
Onana 3 penalti zərbəsini dəf etdi
  • Türkiyə S.L.
  • 23:56 23.04.2026
Onana 3 penalti zərbəsini dəf etdi
"Beşiktaş" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 20:51 19.04.2026
"Beşiktaş" səfərdə uduzdu