30 yanvar 2026. Cümə

Super Liqada mövsümə yekun vuruldu


Super Liqada mövsümə yekun vuruldu
Türkiyə Super Liqasında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları bu gün baş tutub.
 
“Fənərbaxça” son turda “Rizəspor”la, “Beşiktaş” isə “Gənclərbirliyi” ilə üz-üzə gəlib. Hər iki oyunda İstanbul təmsilçisi qələbə qazanıb. “Fənərbaxça” mövsümü 7-ci pillədə başa vurubsa, “Beşiktaş” 3-cü pillədə qərarlaşaraq Avropa Liqasına vəsiqə qazanıb. 
 
Avroliqaya digər vəsiqəni 4-cü olan “Sivasspor” qazanıb. Baxmayaraq ki, bu sözügedən komanda son turda “Göztəpə”yə məğlub olub. 
 
“Trabzonspor” son turda səfərdə “Kayserispor”un qonağı olub və qalib gələrək ikinci pillədəki mövqeyini qoruyub. Bununla da Trabzon təmsilçisi UEFA Çempionlar Liqasında oynamaq hüququ qazanıb.
 
Mövsümü eyni xalla (32) başa vuran “Yeni Malatyaspor”, “Ankaragücü” və “Kayserispor” Super Liqa ilə vidalaşıb. Bu komandalar növbəti mövsümü TFF 1-ci liqada keçirəcək.
 
Türkiyə Super Liqası
34-cü tur
24 iyul
 
Antalyaspor – Qalatasaray 2:2
Qol: Fredi, 19. Blanko, 90+2 – Saraççi, 58. Belhanda, 65-pen.
 
25 iyul
 
Dənizlispor – Ankaragücü 0:1
Qol: İ.Parlak, 90+4.
 
Fənərbaxça – Rizəspor 3:1
Qol: E.Belözoğlu, 39-pen. Q.Rodriqes, 60. O.Tufan, 90+8 – Şkoda, 53.
 
Gənclərbirliyi – Beşiktaş 0:3
Qol: Hatçinson, 52-pen. Diabi, 78. Elneni, 81-pen.
 
Göztəpə – Sivasspor 3:1
Qol: Napoleoni, 31-pen. Mossoro, 55. B.Emir, 90+5-pen – Fernando, 49.
 
Kayserispor – Trabzonspor 1:2
Qol: P.Enrike, 85-pen – Novak, 63. Sorlot, 90+6.
 
Konyaspor – Alanyaspor 2:3
Qol: A.Uludağ, 20. Aniçiç, 27 – Fernandes, 63. Bakasetas, 81. E.Karaca, 87.
 
Yeni Malatyaspor – Qaziantep 0:1
Qol: Djilobodji, 63.






Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu