30 yanvar 2026. Cümə

Super Liqada klubların sayı artırıldı


Super Liqada klubların sayı artırıldı

Türkiyə Super Liqasında I Liqaya enmə qaydası 2020/2021 mövsümü üçün ləğv olunub. 

Corner.az-ın məlumatına görə, cari mövsüm 18 komandalı çempionatda son 3 pilləni tutan "Ankaragücü", "Yeni Malatyaspor" və "Kayserispor" klubları elitanı tərk etməyəcək. I Liqadan daha 3 komandanın gəlişi ilə növbəti mövsüm Superliqada iştirakçı sayı 21-ə çatdırılacaq. 

2020/2021 mövsümünün sonunda isə axırıncı 4 yeri tutacaq klublar I Liqaya enəcək, onları isə 3 yeni komanda əvəzləyəcək. Beləliklə, 2021/2022 mövsümündən Superliqa 20 komanda ilə keçiriləcək. 

Bu yolla 20 komandalı çempionatda ümumi gəlirin 44,8 faiz artaraq, 7,24 milyard lirəyə yüksəlişi proqnozlaşdırılır. 

Digər tərəfdən, legioner limiti ilə bağlı qəbul olunmuş yeni qaydaların 1 il təxirə salınması nəzərdə tutulub. (report)







Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu