6 avqust 2026. Cümə axşamı

Prosineçki'nin yeni klubu bəlli oldu


Prosineçki'nin yeni klubu bəlli oldu

"Kayserispor"dan ayrılan Robert Prosineçkinin yeni iş yeri bəlli olub.
 
Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Dənizlispor"un baş məşqçi postu 51 yaşlı mütəxəssisə həvalə olunub. Onun Superliqa təmsilçisi ilə 2 illik razılaşdığı bildirilib. Tezliklə klubun xorvatiyalı məşqçi ilə rəsmi müqavilə bağlaması gözlənilir.


Qeyd edək ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə baş məşqçilik edib. Onun çalışdırdığı son klub olan "Kayserispor" cari mövsümdə Superliqanı 17-ci pillədə tamamlayaraq 1-ci Liqaya düşüb.(qol)







Türkiyə S.L.