6 may 2026. Çərşənbə

Araz Abdullayev Boluspor'da debüt etdi


Araz Abdullayev Boluspor'da debüt etdi
Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki,  millimizin yarımmüdafiəçisi Araz Abdullayevin yeni transfer olunduğu “Boluspor” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə “Adana Dəmirspor”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb.
 
Araz da bu görüşün iştirakçısı olub. O, debüt matçına 70-ci dəqiqədə meydana buraxılıb.
 
İki turdan sonra hesabında 1 xal olan “Boluspor” 18 kollektiv arasında 13-cüdür.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi