16 mart 2026. Bazar ertəsi

"Şenol Günəş "Beşiktaş"dan ayrılacaq"


"Şenol Günəş "Beşiktaş"dan ayrılacaq"
Beşiktaş-ın baş məşqçisi Şenol Günəşin böyük qardaşı Zəkəriyyə Günəş Trabzonda yayımlanan "Karadeniz" qəzetinə müsahibə verib.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, o, kiçik qardaşının mövsümün sonunda "Beşiktaş"dan ayrılacağını düşündüyünü bildirib: 
"Fikrimcə, mövsümün sonuna qədər komandada qalacaq. Azarkeşlər onu saxlayır. Bu mövsümün sonunda yollarını ayıracağını düşünürəm. Ondan sonra komanda çalışdıracağına inanmıram. Milli komandadan xüsusi istək olarsa, gedər. Trabzonspor-a dönəcəyini düşünmürəm".
Zəkəriyyə Günəş qardaşı ilə Fatih Terimi müqayisə edir: "Fatih Terim özünü yaxşı gündəmə gətirir. Şenol isə bu işləri bilmir. Baxın, Fatih Terimin doğum günündə qəzetlər tam səhifə ayırır. Amma Şenol dünyanın ən yaxşı məşqçiləri ilə bir araya gəlir, kibrit qutusu qədər yer verilir. Fatih Terim yaxşı piarçıdır, Şenol isə xalqçı. Fatih Terim alışmadan dövlətdən pul aldı, Şenol isə hələ də pulunu ala bilməyib".






Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu