Türkiyə Super Liqasında 4-cü turun oyunlarına yekun vurulub.
Corner.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma keçirilib.
Çempionlar Liqasında “Reyncers”ə uduzaraq, mübarizəni dayandıran “Qalatasaray” bu turda səfərdə “Kasımpaşa”nın qonağı olub və yenə məğlub olub.
“Beşiktaş” öz meydanında “Gənclərbirliyi”nə uduzub. “Dənizlispor” – “Konyaspor” matçında hesab açılmayıb. “Alanyaspor” “Hatayspor”u 6 cavabsız qolla darmadağın edib.
Türkiyə Super Liqası
4-cü tur
2 oktyabr
Ankaragücü – Kayserispor 0:1
Qol: İ.Parlak, 42.
Qaziantep – Trabzonspor 1:1
Qol: Maksim, 90+2 – Kampi, 64.
3 oktyabr
Yeni Malatyaspor – Antalyaspor 1:0
Qol: Tetteh, 10.
Başakşəhər – Göztəpə 0:0
Ərzurumspor – Rizəspor 0:0
Fənərbaxça – Fatih Karagümrük 2:1
Qol: Samatta, 24; 67 – Sabo, 77-pen.
4 oktyabr
Dənizlispor – Konyaspor 0:0
Alanyaspor – Hatayspor 6:0
Qol: Bakasetas, 18. Davidson, 23; 67; 77. Bareyro, 34. Mubandje, 45+2.
Beşiktaş – Gənclərbirliyi 0:1
Qol: Stanku, 8.
Kasımpaşa – Qalatasaray 1:0
Qol: Y.Erdoğan, 45+2.