8 may 2026. Cümə

Başakşəhər'in futbolçusu əməliyyat olundu


Başakşəhər'in futbolçusu əməliyyat olundu
 “Başakşəhər” klubu ciddi itki ilə üzləşib.
 
Corner.az xəbər verir ki, İstanbul təmsilçisinin sağ cinah müdafiəçisi Junior Kaysara əməliyyat olunub.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda braziliyalı futbolçunun oktyabrın 20-də baş tutan “Leyptsiq”lə (Almaniya) UEFA Çempionlar Liqasının oyununda ayağından ağır zədə aldığı qeyd olunub. Bu səbəbdən də həkimlər 31 yaşlı müdafiəçiyə cərrahi müdaxilə etmək zərurəti duyublar.
 
Qeyd edək ki, Junior  2017-ci ildən “Başakşəhər”də çıxış edir.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi