3 may 2026. Bazar günü

Beşiktaş'dan çətin qələbə


Beşiktaş'dan çətin qələbə
Türkiyə Super Liqasında 6-cı turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
 
“Beşiktaş” səfərdə “Dənizlispor”un qonağı olub və çətin qələbə qazanıb. “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Sivasspor” isə bu tur çərçivəsində “Rizəspor”la qarşılaşıb və  məğlub olub.
 
Bu tur keçirilməli olan “Ankaragücü” – “Hatayspor” oyunu koronavirusa görə təxirə salınıb.
 
Türkiyə Super Liqası
6-cı tur
23 oktyabr
 
Kasımpaşa – Göztəpə 0:0
 
24 oktyabr
 
Qaziantep – Konyaspor 1:0
Qol: M.Demir, 76.
 
Başakşəhər – Antalyaspor 5:1
Qol: Vişça, 11; 23. İ.Kahveçi, 27. Krivelli, 35. Julyano, 84 – Podolski, 14.
 
Ərzurumspor – Qalatasaray 1:2
Qol: Novikovas, 45-pen – E.Kılınc, 20. Falkao, 64.
 
25 oktyabr
 
Yeni Malatyaspor – Gənclərbirliyi 2:1
Qol: S.Kaya, 24. K.Kanatsızkuş, 53 – M.Yıldırım, 10.
 
Alanyaspor – Fatih Karagümrük 2:0
Qol: Davidson, 8. Babakar, 81.
 
Fənərbaxça – Trabzonspor 3:1
Qol: S.Asan, 51-öz qapısına. Valensiya, 55. Sisse, 72 – Afobe, 23.
 
26 oktyabr
 
Dənizlispor – Beşiktaş 2:3
Qol: Mesanoviç, 76. Saçko, 90+4 – Hatçinson, 13. Abubakar, 39-pen. Larin, 48.
 
Sivasspor – Rizəspor 0:2
Qol: Fabrisio, 3. Remi, 90+1.






Türkiyə S.L.

Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu
Super Liqada ev sahiblərinin günü
  • Türkiyə S.L.
  • 23:13 25.04.2026
Super Liqada ev sahiblərinin günü