6 may 2026. Çərşənbə

Beşiktaş'a 1 qol bəs etdi


Beşiktaş'a 1 qol bəs etdi
Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.
 
“Beşiktaş” öz meydanında “Yeni Malatyaspor”u qəbul edib və minimal hesabla qələbə qazanıb. “Rizəspor” da “Kayserispor”a oxşar hesabla qalib gəlib.
 
Üç qolun qeydə alındığı “Konyaspor” – “Başakşəhər” görüşündə isə qonaqlar qələbə qazanıb.
 
Türkiyə Super Liqası
7-ci tur
30 oktyabr
 
Fatih Karagümrük – Ərzurumspor 5:1
Qol: Ndiaye, 11; 45. Bilya, 28-pen. Ndao, 71. Sabo, 90+4 – Qomes, 90.
 
Trabzonspor – Kasımpaşa 3:4
Qol: Asan, 23. Nvakaeme, 31; 38. – Tirpan, 8. Erdoğan, 41. Edqar Le, 87-öz qapısına. Koyta, 90.
 
31 oktyabr
 
Gənclərbirliyi – Qaziantep 1:1
Qol: Kandeyas, 56 – Maksim, 17-pen.
 
17:00 Göztəpə – Alanyaspor matçı təxirə salınıb
 
Qalatasaray – Ankaragücü 1:0
Qol: Babel, 45+1.
 
1 noyabr
 
Rizəspor – Kayserispor 1:0
Qol: Remi, 33.
 
Konyaspor – Başakşəhər 1:2
Qol: Kravets, 69 – Yevtoviç, 45-öz qapısına. Aleksiç, 58.
 
Beşiktaş – Yeni Malatyaspor 1:0
Qol: Larin, 55.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi