20 sentyabr 2026. Bazar günü

Fənərbaxça'dan çətin qələbə


Fənərbaxça'dan çətin qələbə
Türkiyə Super Liqasında 7-ci turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
 
“Fənərbaxça” səfərdə “Antalyaspor”un qonağı olub və çətin qələbə qazanıb. 
 
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” isə bu tur çərçivəsində səfərdə “Hatayspor”un qonağı olub. Görüşdə qalib müəyyənləşməyib.
 
Türkiyə Super Liqası
7-ci tur
30 oktyabr
 
Fatih Karagümrük – Ərzurumspor 5:1
Qol: Ndiaye, 11; 45. Bilya, 28-pen. Ndao, 71. Sabo, 90+4 – Qomes, 90.
 
Trabzonspor – Kasımpaşa 3:4
Qol: Asan, 23. Nvakaeme, 31; 38. – Tirpan, 8. Erdoğan, 41. Edqar Le, 87-öz qapısına. Koyta, 90.
 
31 oktyabr
 
Gənclərbirliyi – Qaziantep 1:1
Qol: Kandeyas, 56 – Maksim, 17-pen.
 
17:00 Göztəpə – Alanyaspor matçı təxirə salınıb
 
Qalatasaray – Ankaragücü 1:0
Qol: Babel, 45+1.
 
1 noyabr
 
Rizəspor – Kayserispor 1:0
Qol: Remi, 33.
 
Konyaspor – Başakşəhər 1:2
Qol: Kravets, 69 – Yevtoviç, 45-öz qapısına. Aleksiç, 58.
 
Beşiktaş – Yeni Malatyaspor 1:0
Qol: Larin, 55.
 
2 noyabr
 
Antalyaspor – Fənərbaxça 1:2
Qol: Podolski, 52 – O.Tufan, 49. Perotti, 84-pen.
 
Hatayspor – Sivasspor 1:1
Qol: Akintola, 8 – Qradel, 6.






Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə