6 avqust 2026. Cümə axşamı

Fənərbaxça 9 il sonra bacardı


Fənərbaxça 9 il sonra bacardı
“Fənərbaxça” Türkiyə Super Liqasının 7-ci turu çərçivəsində səfərdə “Antalyaspor”a 2:1 hesabıyla qələbə qazanıb.
 
Corner.az xəbər verir ki, bu qalibiyyət “sarı-lacıvərdlilər” üçün əlamətdar olub.
 
Belə ki, İstanbul təmsilçisi  2011/12 mövsümündən bəri ilk dəfə Super Liqada ilk yeddi oyundan məğlubiyyətsiz ayrılıb. Bununla da komanda 9 il sonra ilkə imza atıb.
 
Qeyd edək ki, “Fənərbaxça” bu mövsüm keçirdiyi 7 oyundan 5-də qalib gəlibsə, 2 görüşdə heç-heçəyə razılaşıb. Hazırda 17 xalı olan komanda 2011/12 mövsümündə də bu qədər xal toplamışdı. 






Türkiyə S.L.