4 may 2026. Bazar ertəsi

Trabzonspor üçün Avcı, Kayserispor üçün Aybaba


Trabzonspor üçün Avcı, Kayserispor üçün Aybaba
“Trabzonspor” və “Kayserispor” klublarının yeni baş məşqçiləri məlum gəlib.
 
Corner.az xəbər verir ki, Eddi Nyutonu istefaya göndərən “Trabzonspor” Abdullah Avcı, Bayram Bektaşla yollarını ayıran “Kayserispor” isə Samet Aybaba ilə razılığa gəlib.
 
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Hələlik sözügedən klublar yeni baş məşqçinin adını rəsmən mətbuata açıqlamayıb. Amma “Kayserispor”un mətbuat xidmətindən verilən açıqlamada Samet Aybabanın tezliklə Kayseriyə gələrək rəsmi müqaviləyə imza atacağı təsdiqlənib. Trabzon təmsilçisinin də yeni baş məşqçinin məhz Abdullah Avcı olacağını təsdiqləyib.
 
Qeyd edək ki, həm “Trabzonspor”, həm də “Kayserispor” Super Liqanın geridə qalan 8 turu ərzində cəmi 6 xal toplayıb və 17-18-ci pillələri bölüşürlər.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi
Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu