21 iyun 2026. Bazar günü

Beşiktaş'da koronavisura yoluxan futbolçuların sayı artdı


Beşiktaş'da koronavisura yoluxan futbolçuların sayı artdı
“Beşiktaş”da koronavirusa yeni yoluxma halları aşkarlanıb.
 
Corner.az xəbər verir ki, İstanbul təmsilçisinin daha üç oyunçus COVİD-19-a yoluxub.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda ölkələrinin milli komandalarına yollanmış futbolçulardan da ikisinin koronavirusa yoluxduğu diqqətə çatdırılıb. Bununla da “qara qartallar”ın heyətində koronavirus aşkarlanmış futbolçuların sayı 8-ə yüksəlib.
 
“Beşiktaş” əvvəlki günlərdə daha üç futbolçusunda COVİD-19 aşkarlandığını açıqlamışdı. Adları açıqlanmayan bütün oyunçular karantinə alınıb.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı