8 may 2026. Cümə

Fənərbaxça'nın qapıçısı xəstəxanalıq oldu


Fənərbaxça'nın qapıçısı xəstəxanalıq oldu
 “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.
 
Corner.az xəbər verir ki, İstanbul təmsilçisinin qapıçısı Harun Tekin “Fatih Karagümrük”lə yoxlama oyununda ağır zədə alıb.
 
Rəqib futbolçu Cimmi Durmazla mübarizə zamanı üzündən zərbə alan futbolçunun almacıq sümüyü sınıb. 31 yaşlı qolkiper dərhal xəstəxanaya aparılıb. Onun əməliyyat olunacağı vurğulanıb.
 
Qeyd edək ki, “Fənərbaxça” sözügedən oyundan 3:3 hesablı heç-heçə ilə ayrılıb.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi