6 avqust 2026. Cümə axşamı

Qarabağ'ın rəqibinin 4 futbolçusu koronavirusa yoluxdu


Qarabağ'ın rəqibinin 4 futbolçusu koronavirusa yoluxdu

"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən olan Türkiyə "Sivasspor"unun daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Corner.az "TRT Spor"a istinadən xəbər verir ki, bununla da infeksiyaya yoluxanların futbolçuların sayı 4-ə çatıb. Onlardan 2-si əsas heyət üzvüdür. İndiyədək yoluxanların heç birinin adı açıqlanmayıb.

Sivas təmsilçisi sabah Türkiyə Super Liqasının 8-ci tur matçında "Fatih Karagümrük" klubunun qonağı olacaq.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. 







Türkiyə S.L.