4 may 2026. Bazar ertəsi

Sivasspor'un futbolçuları koronavirusa yoluxdu


Sivasspor'un futbolçuları koronavirusa yoluxdu

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubunun daha üç futbolçusunda koronavirus aşkarlanıb.

Corner.az klubun rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, onlardan 2-si daha əvvəl koronavirusa yoluxan və karantin müddətini başa vuranlardır.

Hər üç oyunçu əsas komandadan təcrid edilib.

Qeyd edək ki, "Sivasspor" qrup mərhələsinin sonuncu - VI turunda İsraildə "Makkabi" (Təl-Əviv) komandası ilə üz-üzə gələcək. Dekabrın 10-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. "Qarabağ"ın İspaniya "Vilyarreeal"ı ilə səfər matçı Azərbaycan təmsilçisinin heyətində kütləvi yoluxma olduğu üçün baş tutmayacaq.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi
Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu