21 iyun 2026. Bazar günü

Fənərbaxça uduzdu


Fənərbaxça uduzdu
Türkiyə Super Liqasında 12-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.
 
Səfərdə “Kayserispor”un qonağı olan “Trabzonspor” qolsuz heç-heçə edib. “Hatayspor” “Fatih Karagümrük”ü, “Rizəspor” “Göztəpə”ni, “Ankaragücü” isə “Konyaspor”u məğlub edih. “Fənərbaxça” bu turda öz meydanında “Yeni Malatyaspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda böyük hesabla uduzub.
 
Türkiyə Super Liqası
12-ci tur
11 dekabr
 
Kasımpaşa – Dənizlispor 3:2
Qol: Koyta, 36; 42. Varqa, 51 – Niyaz, 39. Rodalleqa, 90+1-pen.
 
12 dekabr
 
Hatayspor – Fatih Karagümrük 3:1
Qol: S.İlqaz, 11. Bupendza, 75; 83 – C.Durmaz, 65.
 
Kayserispor – Trabzonspor 0:0
 
Rizəspor – Göztəpə 3:2
Qol: Boldrin, 45+3-pen. Mixalak, 57. Şkoda, 90+1 – Y.Kayan, 66. Napoleoni, 81.
 
Ankaragücü – Konyaspor 4:3
Qol: Lobjanidze, 16. Borven, 48. Peyntsil, 78. E.Güral, 89-pen – U.Demirok, 29-pen. Miloşeviç, 38. Şkubiç, 69.
 
Fənərbaxça – Yeni Malatyaspor 0:3
Qol: A.Büyük, 9-pen. U.Bulut, 22. Ndayişimiye, 48.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı