11 avqust 2026. Çərşənbə axşamı

Qalatasaray 1/8 finala yüksəldi


Qalatasaray 1/8 finala yüksəldi

Türkiyə kubokunda 1/16 final mərhələsinin oyunlarına start verilib.

Corner.az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutub.

Evdə II liqa təmsilçisi "Darıca Gənclərbirliyi" ilə qarşılaşan "Qalatasaray" minimal hesabla qalib gəlib. 44-cü dəqiqədə Yunes Belandanın penaltidən vurduğu yeganə qol İstanbul təmsilçisini 1/8 finala yüksəldib.

"Qalatasaray"la yanaşı, "Kasımpaşa", "Rizespor", "Yeni Malatyaspor" və "Bursaspor" da növbəti mərhələyə vəsiqə adlayıblar.

Qeyd edək ki, 1/16 final mərhələsinin digər oyunları 16 - 17 dekabrda gerçəkləşəcək.







Türkiyə S.L.

“Trabzonspor”un borcu açıqlandı
  • Türkiyə S.L.
  • 21:47 10.08.2026
“Trabzonspor”un borcu açıqlandı