4 may 2026. Bazar ertəsi

Qalatasaray Trabzon'a ciddi itkilərlə gedir


Qalatasaray Trabzon'a ciddi itkilərlə gedir

"Qalatasaray"ın futbolçusu Mbaye Diaqne heyətdən kənarlaşdırılıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb seneqallı hücumçunun ailə üzvlərindən birində koronavirus testinin müsbət çıxmasıdır. Ehtiyat tədbiri kimi 29 yaşlı futbolçu Superliqanın 15-ci turunda "Trabzonspor"la səfər matçına aparılamayacaq.

Əvəzində, uzun müddətdir zədə səbəbindən meydana çıxmayan kolumbiyalı hücumçu Radamel Falkao heyətdə yer alıb.

Qeyd edək ki, "Trabzonspor"la dekabrın 26-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi
Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu