20 sentyabr 2026. Bazar günü

Qalatasaray'da ciddi itkilər


Qalatasaray'da ciddi itkilər

"Qalatasaray” Türkiyə Superliqasının 17-ci turunda "Konyaspor"la səfər oyununa ciddi itkilərlə çıxacaq.

Corner.az xəbər verir ki, son turda “Antalyaspor”la görüşdə (0:0) komandanın 3 futbolçusu cəzalı duruma düşüb.
 
Emre Kılınc qırmızı vərəqə alıbsa, Arda Turan və Markao sarı vərəqə limitini doldurduğuna görə Konya səfərində çıxış edə bilməyəcək.
 
 Radamel Falkao da “Antalyaspor”la görüşdə zədələnib. 46-cı dəqiqədə meydana buraxılan kolumbiyalı forvard 77-ci dəqiqədə zədələnərək oyunu davam etdirə bilməyib. Onun da qarşıdakı oyunda meydana çıxacağı gözlənilmir.

İstanbul klubunun müdafiəçisi Omar Elabdullaui isə bir neçə gün əvvəl yeni il atəşfəşanlığı zamanı üzündən ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Konyaspor" - "Qalatasaray" oyunu dekabrın 5-də keçiriləcək.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə