"Beşiktaş” Türkiyə Super Liqasının 17-ci turu çərçivəsində öz meydanında “Rizəspor”la qarşılaşmada 6:0 hesablı qələbə qazanıb.
Corner.az xəbər verir ki, bu oyunda vurulan qollardan ikisini Oğuzhan Özyakup və Adnan Hasiç rəqib qapısından keçiribsə, qalan dörd qolu isə Kayl Larin vurub.
25 yaşlı hücumçu bununla 31 ildən sonra bir ilkə imza atıb. Belə ki, İstanbul təmsilçisində sonuncu dəfə 1989/90 mövsümündə Ali Gültiken Super Liqa matçında pokerə imza atmışdı.
Qeyd edək ki, 17 turdan sonra 34 xala malik “Beşiktaş” turnir cədvəlinin vahid lideridir.