11 avqust 2026. Çərşənbə axşamı

Başakşəhər Şkrtellə yollarını ayırdı


Başakşəhər Şkrtellə yollarını ayırdı
“Başakşəhər” klubu futbolçusu Martin Şkrtellə yollarını ayırıb.
 
Corner.az xəbər verir ki, İstanbul təmsilçisi 36 yaşlı müdafiəçinin müqaviləsinə xitam verib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Şkrtelin “Başakşəhər”lə müqaviləsi mövsümün sonuna qədər idi. Slovakiya yığmasının sabiq üzvü zədə səbəbindən yaya qədər yaşıl meydanlardan uzaq qalacaq. Super Liqa təmsilçisi bu səbəbdən futbolçu ilə müqaviləyə xitam vermək qərarına gəlib.
 
Qeyd edək ki, Şkrtel daha əvvəl “Fənərbaxça”, “Liverpul”, “Zenit” kimi klublarda da çıxış edib.






Türkiyə S.L.

“Trabzonspor”un borcu açıqlandı
  • Türkiyə S.L.
  • 21:47 10.08.2026
“Trabzonspor”un borcu açıqlandı