21 iyun 2026. Bazar günü

Türkiyə Kubokunda 1/4 finalın püşkü atıldı


Türkiyə Kubokunda 1/4 finalın püşkü atıldı

Türkiyə kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.

Corner.az xəbər verir ki, “Qalatasaray” “Alanyaspor”la, “Sivasspor” “Antalyaspor”la qarşılaşacaq.

“Beşiktaş” səfərdə “Konyaspor”un qonağı olacaqsa, “Fənərbaxça” öz meydanında “Başakşəhər”i sınağa çəkəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları fevralın 9-11-də, yarımfinal matçları isə martın 16-18-də keçiriləcək.

Türkiyə kuboku, 1/4 final

“Sivasspor” – “Antalyaspor”

“Qalatasaray” – “Alanyaspor”

“Konyaspor” – “Beşiktaş”

“Fənərbaxça” – “Başakşəhər”

Yarımfinal

“Sivasspor”/“Antalyaspor” cütünün qalibi - “Qalatasaray”/“Alanyaspor” cütünün qalibi

“Konyaspor”/“Beşiktaş” cütünün qalibi - “Fənərbaxça”/“Başakşəhər” cütünün qalibi







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı