5 dekabr 2025. Cümə

7 ay sonra meydana çıxdı, ilkə imza atdı


7 ay sonra meydana çıxdı, ilkə imza atdı
“Qalatasaray”ın qapıçısı Fernando Muslera 7 aydan sonra yaşıl meydanlara dönüb.
 
Corner.az xəbər verir ki, 34 yaşlı qolkiper Super Liqanın 20-ci turu çərçivəsində evdə “Dənizlispor”a qarşı keçirdikləri və 6:1 hesablı qələbəyə sevindikləri matçda 90 dəqiqə meydanda olub.
 
Qarşılaşmadan öncə komandanın kapitanı Arda Turan da Musleraya gözəl jest edib. O, bu oyunda kapitanlıq sarğısını uruqvaylı qapıçıya verib.
 
Muslera bu oyunda yeni rekorda imza atıb. Belə ki, təcrübəli qolkiper, Türkiyə Super Liqasında ardıcıl 10 mövsüm bir klubun heyətində meydana çıxan ilk legioner futbolçuya çevrilib.
 
Qeyd edək ki, 34 yaşlı futbolçu ötən mövsümün 27-ci turunda – "Rizəspor"la səfər oyununda zədələnmişdi.






Türkiyə S.L.

İstanbul derbisində heç-heçə
  • Türkiyə S.L.
  • 23:11 01.12.2025
İstanbul derbisində heç-heçə
"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 22:57 30.11.2025
"Beşiktaş"dan inamlı qələbə