5 may 2026. Çərşənbə axşamı

Qalatasaray səfərdə, Beşiktaş evdə qələbə qazandı


Qalatasaray səfərdə, Beşiktaş evdə qələbə qazandı
Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, bazar günü daha beş görüş baş tutub. 
 
“Konyaspor” – “Antalyaspor” matçında qapılara qol vurulmayıb. “Qaziantep” - “Hatayspor” görüşü də bərabərliklə bitib. “Dənizlispor” evdə “Fatih Karagümrük”ə uduzub.
 
Səfərdə “Yeni Malatyaspor”ın qonağı olan “Qalatasaray” minimal hesabla qələbə qazanıb. Lider “Beşiktaş” isə “Göztəpə” ilə ev oyununda inamlı qələbə qazanıb.
 
Türkiyə Super Liqası
21-ci tur
23 yanvar
 
Gənclərbirliyi – Trabzonspor 1:2
Qol: Piris, 86-pen – Djanini, 36. Ekuban, 54.
 
Başakşəhər – Rizəspor 1:1
Qol: Topal, 64 – Samu, 49-pen.
 
24 yanvar
 
Konyaspor – Antalyaspor 0:0
 
Dənizlispor – Fatih Karagümrük 1:2
Qol: Diskerud, 88 – Borini, 44. Ndao, 78.
 
Yeni Malatyaspor – Qalatasaray 0:1
Qol: Babel, 88.
 
Beşiktaş – Göztəpə 2:1
Qol: Lyayiç, 49. Abubakar, 77 – Tripiç, 39.
 
Qaziantep – Hatayspor 1:1
Qol: Cefferson, 30 - J.Morais, 90+8.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi
Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu