5 may 2026. Çərşənbə axşamı

Futbolçulardan daha çox qırmızı alıb


Futbolçulardan daha çox qırmızı alıb

Türkiyə Superliqasında ən çox qırmızı vərəqə alan məşqçi Marius Sumudica “Çaykur Rizespor”dakı debüt matçında da meydandan qovulub.

Corner.az “NTV Spor”a istinadla xəbər verir ki, ruminiyalı mütəxəssis “Qaziantep”i çalışdırdığı vaxt bu mövsüm “Trabzonspor” və “Yeni Malatyaspor”la oyunlarda da “qırmızı” alıb.

Marius Sumudica dünən “Fənərbaxça” matçın 70-ci dəqiqəsində hakimə etirazlardan sonra cəzalandırılıb. Bununla da o, cari mövsümdə üçüncü qırmızı vərəqə görüb.

Maraqlıdır ki, bu mövsüm superliqada meydandan 3 dəfə qovulan futbolçu olmayıb. Ən çox cəzalandırllan 6 futbolçu hər biri 2 qırmızı vərəqə alıb.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi
Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu