20 sentyabr 2026. Bazar günü

Özil Fənərbaxça'da debüt etdi


Özil Fənərbaxça'da debüt etdi

Türkiyə Super Liqasında 22-ci turun oyunlarına start verilib.

Corner.az-ın məlumatına görə, açılış matçında lider "Fənərbaxça" səfərdə "Hatayspor"un qonağı olub. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesab 26-cı dəqiqədə açılıb. Qonaqların heyətində Mame Tiam fərqlənib. 77-ci dəqiqədə "Fənərbaxça"nın yeni transferi Mesut Özil meydana daxil olaraq, komandasında debüt edib. O, qolun müəllifini əvəzləyib. 88-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Jan-Klod Billonq topu öz qapısından keçirib - 0:2. Matçda son nöqtəni isə "Hatayspor" qoyub. Qobonlu hücumçu Aaron Bupendza baxımlı qola imza atıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 48-ə çatdıran "Fənərbaxça" ilk pillədəki mövqeyini qoruyub







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə