Türkiyə Super Liqasında 23-cü turun oyunlarına yekun vurulub.
Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Göztəpə” – “Yeni Malatyaspor” matçında qalib müəyyənləşməyib.
Turun son matçında “Trabzonspor”la “Dənizlispor” qarşılaşıb. Trabzon təmsilçisi doğma meydanda minimal hesabla qələbə qazanıb.
Türkiyə Super Liqası
23-cü tur
2 fevral
Hatayspor – Fənərbaxça 1:2
Qol: Bupendza, 90 – Tiam, 26. Bilonq, 88-öz qapısına.
Qalatasaray – Başakşəhər 3:0
Qol: Onyekuru, 45. Donk, 64. Mustafa, 90+2-pen.
Rizəspor – Kasımpaşa 1:1
Qol: D.Erdoğan, 85 – Telin, 90+1.
3 fevral
Sivasspor – Ərzurumspor 0:0
Fatih Karagümrük – Qaziantep 2:0
Qol: Ndao, 58. Borini, 64.
Kayserispor – Alanyaspor 1:1
Qol: Maqliça, 54 – Tsavellas, 79.
Antalyaspor – Beşiktaş 1:1
Qol: Bayrakdar, 39 – Vida, 73.
Konyaspor – Gənclərbirliyi 0:0
4 fevral
Göztəpə – Yeni Malatyaspor 2:2
Qol: Ndiaye, 13; 73 – Mallan, 39. A.İldiz, 81.
Trabzonspor – Dənizlispor 1:0
Qol: Bakasetas, 61.